KTM iki yeni reanimobillə təchiz olunub
Reanimobillər Mərkəzdə tibbi xidmət keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, əlçatanlığının və operativliyinin təmin olunması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədi ilə istifadəyə verilib. Yeni istifadəyə verilmiş avtomobillər müasir tibbi avadanlıqlarla (defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma və s.) təchiz edilib. Reanimobillərin salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.


24.05.2023