Ağır vəziyyətdə KTM-ə gətirilən 4 yaşlı uşaq üzərində aparılan əməliyyat uğurla icra olunub
Xəstəxanaların birində sağ tərəfli döş boşluğunun empieması (irinləməsi), ağır vəziyyətdə pnevmoniya ilə müalicə alan 4 yaşlı oğlan uşağı əməliyyat üçün TƏBİB-in tabeli tibb müəssisəsi olan Kliniki Tibbi Mərkəzə köçürülüb. Xəstə gətirilərkən qan dəyərləri və ümumi vəziyyəti ağır olub. 4 yaşlı uşaq KTM-də qapalı üsulla uğurla əməliyyat olunub, əməliyyat 1 saat davam edib. Müalicə və müayinələri davam etdirildikdən sonra xəstə əməliyyatdan 20 gün sonra sağaldılaraq evə buraxılıb. Qeyd edək ki, Kliniki Tibbi Mərkəzdə 0-18 yaş arası uşaqların torakoskopik üsulla əməliyyatları icra olunur. Döş qəfəsi əməliyyatları açıq və qapalı üsulla rahat şəkildə icra oluna bilir.


12.06.2023