Yıxılaraq bel fəqərəsi sınan 64 yaşlı xəstə KTM-də uğurlu əməliyyat edilib
64 yaşlı xəstə evdə pilləkəndən yıxılaraq xəsarət alıb. Xəstə aldığı travma nəticəsində 1-ci bel fəqərəsi sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Mərkəzdə xəstəyə ilkin müdaxilə göstərilib və lazımı müayinələr edilib. Daha sonra Uzman neyrocərrah Dr. Fərid Qaralov və rezident həkim Elşən Əhmədli tərəfindən xəstədə cərrahi əməliyyat keçirilib və Th11-Th12 və L2 -L3 fəqərələrin transpedikulyar fiksasiyası (implantlar ilə bərkidilib yerinə çəkilməsi), onurğa kanalın incələnməsi icra olunub. Əməliyyat fəsadsız keçib. Xəstədə postop nevroloji defisit qeydə alınmayıb. Əməliyyat sonrası xəstənin ümumi vəziyyətində ağırlaşma müşahidə olunmayıb və xəstə bir neçə gün sonra evə buraxılıb.


05.07.2023