“Erkən yaş dövrünün inkişaf mərhələləri” mövzusunda seminar keçirilib
TƏBİB-in tabeli tibb müəssisəsi olan Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzində “Erkən yaş dövrünün inkişaf mərhələləri” mövzusunda seminar keçirilib. Seminar Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə Milli Fəaliyyət Planı” çərçivəsində təşkil edilib. Maarifləndirici seminarın əsas məqsədi uşaqlarda hər yaş dövrünə aid olan inkişaf mərhələləri, hər yaş dövründə, hətta hər ayında geriləməyə valideynlər tərəfindən necə diqqət yetirilməsi və bu geriləmələrin qarşısının necə alınması istiqamətində olub. Seminar Uşaq Bərpa Mərkəzinin həkim-nevroloqu Vüsalə Rəcəbova tərəfindən keçirilib.


24.07.2023