Ağır vəziyyətdə KTM-ə gətirilən 6 yaşlı xəstə uğurlu əməliyyat edildi
6 yaşlı, 14 kq çəkili oğlan uşağı ağır vəziyyətdə ağciyərin exinokokk kistasının partlaması səbəbilə Masallı rayonundan TƏBİB-in tabeli tibb müəssisəsi olan Kliniki Tibbi Mərkəzə gətirilib. Nəfəsalmada sıxıntısı olan, infeksiyalı ağciyərli xəstə gətirildikdən sonra təcili olaraq lazımı müayinə və müalicələr aparılıb. Daha sonra xəstəyə uzman uşaq cərrahı Aynur Qurbanova tərəfindən sağ ağciyərin partlamış exinokokku səbəbilə əməliyyat icra edilib. 2 saat davam edən əməliyyat zamanı xəstənin exinokokk kistası ağciyərinin müəyyən hissəsi ilə birgə çıxarılıb. Əməliyyatdan sonra xəstənin müalicələri davam etdirilib, hansısa ağırlaşma müşahidə edilməyib və tam sağalaraq xəstəxanadan evə buraxılıb.


25.07.2023