Sirkə turşusu ilə zəhərlənmiş gənc qızın həyatı KTM-də xilas edildi

Zəhərlənmə diaqnozu ilə ağır vəziyytədə KTM-ə gətirilən xəstə həyata qaytarıldı

1999-cü il təvəllüdlü Şirəliyeva Samirə  sirkə turşusundan zəhərlənmə səbəbilə 7.10.2023-cü il tarixində TƏBİB-in tabeli tibbi müəssisəsi olan Kliniki Tibbi Mərkəzə gətirilib.

Xəstə ağız boşluğu, qida borusu, yuxarı tənəffüs yollarının, mədənin kimyəvi yanığı diaqnozu ilə Toksikologiya şöbəsinə qəbul olunub, daxil olarkən vəziyyəti hədsiz ağır olub.

Lakin şöbənin həkimləri və tibb personalının səyi nəticəsində nəticəsində xəstənin həyatı xilas edilib.

Daha sonra Samirə Şirəliyeva tam sağlamlığına qovuşub və evə buraxılıb.



 



20.10.2023