Kliniki Tibbi Mərkəzdə klinik protokollara dair tədbir keçirilib

Kliniki Tibbi Mərkəzdə (KTM) klinik protokollara dair tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd iştrakçıları hər hansı bir xəstəlik, sindrom, klinik vəziyyət və ya klinik situasiya zamanı tibbi yardım göstərilməsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan klinik tövsiyələrlə tanış etmək olub. 

Tədbirdə KTM-in direktoru Könül Ələkbərov klinik protokollar və onların statusundan danışıb. Qeyd edib ki, bu vəsaitlər əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə, eyni zamanda doğru qiymətləndirmə və monitorinq işinin aparılmasına, səhiyyə siyasətini müəyyən etməyə öz töhfəsini verir. 

O, səhiyyə sisteminin yenidən qurulmasını, maddi-texniki bazasının gücləndirilməsini, icbari tibbi sığortanın tətbiqini əhalinin sağlamlığının qorunmasında yeni mərhələ kimi dəyərləndirib.

Daha sonra TƏBİB-in Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva iştrakçıları klinik protokolların tərtib olunması metodologiyası ilə tanış edib.

Sonda iştrakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

 



15.11.2023