Botulizm zəhərlənməsi ilə ağır vəziyyətdə KTM-ə gətirilən xəstənin həyatı xilas edildi

20 yaşlı xəstə 18.11.2023-cü il tarixində Sabunçu Tibb Mərkəzindən dəqiqləşməmiş botulizm diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Xəstə kəskin tənəffüs çatışmazlığı əlamətləri ilə ağır vəziyyətdə şöbəyə daxil olub. Xəstəyə çox ağır gedişli botulizm diaqnozu qoyulub.

Dərhal intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub. Müayinələri aparılıb. Botulizm əleyhinə zərdab, dezintaksion, antibakterial, hormonal, simptomatik müalicələr aparılıb.

Görülən adekvat tədbirlər, aparılan müalicələr nəticəsində xəstə 12.01.2024-cü il tarixində yaxşılaşma ilə evə buraxılıb.



12.01.2024