Yanvar ayı ərzində KTM-n Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub

Onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.

Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib.

Onlardan 6-sı kişi, 1-i qadın olub.



05.02.2024