60 yaşlı xəstədə laparoskopik əməliyyat icra edildi, uğurlu alındı

60 yaşlı vətəndaş sol bel nahiyəsində ağrılar, yüksək arterial təzyiq (qan təzyiqi 200), kəskin baş ağrıları səbəbilə Kliniki Tibbi Mərkəzin Urologiya şöbəsinə müraciət edib.

Aparılan müayinələr nəticəsində məlum olub ki, xəstədə sol böyrəküstü vəzinin törəməsi, həmçinin xəstənin sol böyrəyinin anadangəlmə çanaqda yerləşdiyi aşkarlanıb.

Müayinələrdən sonra xəstəyə laparoskopik üsulla böyrəküstü vəzinin götürülməsi (Laparoskopik sürrenalektomiya) əməliyyatı təyin edilib.

Həkim-uroloq Araz İbrahimov və ümumi cərrah Nazim Həsənovun iştirakı ilə 1 saat davam edən əməliyyat uğurla icra edilib. Laparoskopik olaraq düyün xaric edilib. Əməliyyatdan sonra xəstədə hər hansı narahatlıq müşahidə edilməyib.

Xəstə əməliyyatdan üç gün sonra evə buraxılıb.



13.02.2024