Ürək xəstəliyi səbəbindən ağır vəziyyətdə KTM-ə gətirilən yaşlı vətəndaş yaxşılaşma ilə evə buraxılıb

62 yaşlı vətəndaş çox ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinə daxil olub.

Aparılan müayinələrə əsasən xəstəyə ürək çatışmazlığı, dilatasion kardiomiopatiya, ritm pozğunluğu, səyirici aritmiya, taxisistolik forma diaqnozları qoyulub. Ürəyin atım fraksiyası (AF) 18% olub.

Xəstə uzun müddət dekompensasiya vəziyyətində olub, dəfələrlə ambulator və stasionar müalicələr alıb. Aşağı ətraflarda hər iki tərəfdə arteriyanın kritik stenozu olub.

Uzunmüddətli müayinə və müalicələrdən sonra xəstənin vəziyyəti tam normallaşıb. Xəstə 22 günlük intensiv müalicələrdən sonra yaxşılaşma ilə evə buraxılıb.



16.02.2024