Ağır vəziyyətdə KTM-ə müraciət edən xəstə qapalı üsulla uğurlu əməliyyat edilib

24 yaşlı vətəndaş sinə və kürək ağrısı, dərin nəfəs alarkən batma tərzində ağrı şikayətləri ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə müraciət edib.

Digər xəstəxanada sağ primer spontan pnevmotoraks diaqnozu qoyulan xəstə KTM-in Torakal cərrahiyyə şöbəsinə qəbul edilib, müayinələrdən keçirilib.

Xəstənin çəkilən döş qəfəsi Kompüter tomoqrafiyasında (KT) sağda pnevmotoraks və sağ ağciyər yuxarı pay zirvədə təxminən 5 sm-lik hava kistası aşkarlanıb.

Uzman Torakal cərrah Nurlan Əlizadənin iştirakı ilə xəstəyə sağ təkrarlayan pnevmotoraks diaqnozu kamera yardımı ilə qapalı metodla bullanın çıxarılması və plevranın soyulması - VATS bullektomiya və parietal plevrektomiya əməliyyatı icra edilib.

Əməliyyatdan sonra xəstədə hər hansı narahatlıq müşahidə edilməyib. Vəziyyəti tam normallaşdıqdan sonra yaxşılaşma ilə evə buraxılıb.



22.02.2024