Daha əvvəl əməliyyat olunan xəstə KTM-ə müraciət etdi, uğurlu əməliyyat edildi

Daha əvvəl digər müəssisədə Hemorroidektomiya əməliyyatı icra olunmuş xəstədə əməliyyat sonrası anal kanalın diametrinin stenozu – daralması baş verib.

Kliniki Tibbi Mərkəzə müraciət edən xəstədə müayinələrdən keçirildikdən sonra 4-cü dərəcə anal stenoz müşahidə edilib. Bu səbəbdən xəstəyə mürəkkəb bir əməliyyat hesab edilən Anoplastika təyin edilib.

KTM-in ümumi cərrah, proktoloqu Nəzakət Abdullayevanın iştirakı ilə keçirilən Anoplastika əməliyyatı ilə anal kanalın dəri-dərialtı toxumadan hazırlanmış fleplə bərpası uğurla icra edilib.

Əməliyyatdan sonra xəstənin stasionar müalicələri davam etdirilib, səhhətində yaxşılaşma müşahidə edilib, hər hansı narahatlıq və ya ağırlaşma baş verməyib.



23.02.2024