KTM-də qazinin qız övladı dünyaya gəldi

TƏBİB tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzdə qazi Tahir Nəsirlinin qız övladı dünyaya gəlib.

Ginekoloq Şirinnaz Seyidsoyun həyata keçirdiyi doğuş zamanı vətəndaşın dünyaya gətirdiyi körpənin çəkisi 3300 qram, boyu 52 sm olub.

Hazırda ananın və körpənin vəziyyəti yaxşıdır.



27.02.2024