2024-cü ilin fevral ayı ərzində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub

Şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir.

Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.



06.03.2024