Kliniki Tibbi Mərkəzdə yanğın təhlükəsizliyinin təmin olunması mövzusunda maarifləndirici tədbir keçirilib

Kliniki Tibbi Mərkəzdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının iştirakı ilə yanğın təhlükəsizliyinin təmin olunması mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə KTM-in şöbə müdirləri və tabeli müəssisələrin həkimləri iştirak edib.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov yanğın baş verən zaman qabaqlayıcı tədbirlərin görülməsi, yanğınsöndürmə cihazlarından düzgün istifadə qaydaları, həmçinin yanğın zamanı zəruri davranış qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbir çərçivəsində ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları videomateriallar və əyani şəkildə nümayiş etdirilib.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



05.04.2024