Total abdominal histerektomiya artımlarla birgə əməliyyatı icra edilib.

Vətəndaş qarın həcminin artması, güclü ağrı və uşaqlığın qanaxması ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzin Ginekologiya şöbəsinə daxil olub.

Ona lazımi laborator-instrumental diaqnostik müayinələr təyin olunub. Zəruri müayinələrdən keçdikdən sonra uşaqlığın dəqiqləşdirilməmiş iri ölçülü leyomioması diaqnozu qoyulub.

Həkim-ginekoloqlar Şölə Səfərova və Leyla Rüstəmova, həkim-anestezioloq-reanimotoloq Gülnar Süleymanovanın iştirakı ilə xəstədə uşaqlığın total abdominal histerektomiya artımlarla birgə əməliyyatı icra edilib.

Çıxarılmış 4 kq ölçülü fibromatoz uşaqlıq patohistoloji müayinəyə göndərilib. Nəticədə uşaqlığın xoşxassəli leyomioması diaqnozu təsdiqlənib.

Xəstə 3 gün Mərkəzdə müalicə alıb və evə buraxılıb.



06.04.2024