Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə Gününə həsr olunan seminar keçirilib

Kliniki Tibbi Mərkəzin nəzdindəki Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında 11 Aprel - Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə Gününə həsr olunan “Dünya Parkinson Günü” adlı seminar keçirilib.


Seminarda Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev və TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin şöbə müdiri Emil İsgəndərov, eləcə də digər tibb müəssisələrinin həkim nevroloqları iştirak ediblər. 


Nevroloq həkim Aytən Hüseynova “Erkən Parkinsonizm”, Durna Ələkbərova “Vaskulyar Parkinson”, Fəridə Poladova “Parkinson xəstəliyinin klinik xüsusiyyətləri: motor və non-motor simptomları. Differensial diaqnostika”, Minarə Çərkəzzadə “Parkinson xəstəliyinin müalicəsi: erkən və gec dönəm”, neyrocərrah Teyyub Həsənov isə “Parkinson xəstəliyində DBS cərrahiyyəsi” haqqında məruzələrlə çıxış ediblər. 
Seminarın açıq müzakirəsində məruzəçilərə suallar ünvanlanıb. 


Sonda seminar iştirakçılarına “Dünya Parkinson Günü” seminarı çərçivəsində davamlı tibbi təhsil fəaliyyətinə dəstəyə görə təşəkkürnamələr təqdim olunub.



09.04.2024