KTM-də Laporoskopik Subtotal Qastrektomiya əməliyyatı uğurla icra edilib

Abbasov Mübariz İlqar oğlu 08.04.2024-cü il tarixində səhhətindəki kəskin narahatlıqlar səbəbilə Kliniki Tibbi Mərkəzə müraciət edib.

Onikibarmaq bağırsaq xorası diaqnozu ilə müraciət edən xəstədə müayinələrdən sonra dekompensasiya olunmuş piloroduodenal stenoz aşkarlanıb və əməliyyat təyin edilib.

KTM Cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənovun iştirakı ilə xəstə üzərində Laporoskopik Subtotal Qastrektomiya əməliyyatı icra edilib. 1 saatdan çox davam edən əməliyyat uğurla başa çatıb. Əməliyyatdan sonra xəstədə hər hansı narahatlıq və ya ağırlaşma müşahidə olunmayıb.

Xəstə tam sağaldıqdan sonra evə buraxılacaq.



18.04.2024