Kliniki Tibbi Mərkəzin Torakal Cərrahiyyə şöbəsində daha bir vacib əməliyyat həyata keçirilib

Səhhətindəki ciddi narahatlıqlar səbəbilə KTM-ə müraciət edən xəstə Torakal Cərrahiyyə şöbəsinə qəbul edilib. Müayinələrdən sonra xəstəyə ağciyər törəməsi səbəbilə Mediastinoskopiya sonrası Döş qəfəsi divarı rezeksiyası ilə birlikdə sağ alt lobektomiya icra olunub.

Əməliyyat uğurla baş tutub. Xəstə əməliyyatdan sonra sağlam şəkildə evə buraxılıb. Qeyd olunan əməliyyat da İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.



01.05.2024