Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 118 nəfər qəbul edilib

Şöbəyə qəbul edilən xəstələrdən 56 nəfər dərmandan, 31-i sirkə turşusundan, 8-i etanoldan, 7-si dəm qazından və 5 nəfər botulizmdən zəhərlənən şəxslərdir.

Həmçinin 6 nəfər allergik reaksiya, 4 nəfər ilan sancması, 1 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, botulizm, allergik reaksiya və dərman zəhərlənmələrindən qeydə alınıb.



02.05.2024