Hipospadiya xəstəliyinin (peyğəmbər sünnəti) cərrahi müalicəsi Kliniki Tibbi Mərkəzdə uğurla həyata keçirilib

Kliniki Tibbi Mərkəzə daxil olan 4 yaşlı uşağa hipospadiya diaqnozu qoyulub.

Uşaq cərrahiyyəsi şöbəsinin uzman uşaq cərrahı Fuad Məmmədov tərəfindən azyaşlı üzərində cərrahi müdaxilə həyata keçirilib. Əməliyyat uğurla icra edilib, azyaşlı tam sağaldıqdan sonra evə buraxılacaq.

Fuad Məmmədov qeyd edib ki, bu cür xəstə vaxtında əməliyyat olunmazsa, gələcəkdə sonsuzluqla nəticələnə bilər. Belə xəstələr əməliyyat edilmədikdə oturaraq sidiyə çıxmaq məcburiyyəti yaranır.

Məlumat üçün qeyd edək ki, peyğəmbər sünnəti adı ilə tanınan hipospadiya sidik kanalının xarici dəliyinin normal yerində – cinsiyyət üzvünün başında deyil, cinsiyyət üzvünün alt hissəsində hər hansı bir səviyyədə xaricə açılmasıdır.



16.05.2024