Daha bir azyaşlı KTM-də sağlamlığına qovuşdu

9 yaşlı uşaq ağciyərdə exinokokk kistası (qurd kistası) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Xəstədə sol ağciyərdə 10 sm ölçülü exinokokk kistası aşkar olunub. Mərkəzdə uşağın müayinələrindən sonra əməliyyat icra edilib. Əməliyyat Kliniki Tibbi Mərkəzin uzman uşaq cərrahı Aynur Qurbanova, həkim-uşaq cərrahı Günay Əmrahlı və anestezioloq Elnarə Niftəliyevanın iştirakı ilə baş tutub.

Əməliyyatdan sonra xəstədə hər hansı ağırlaşma və narahatlıq müşahidə edilməyib.



21.05.2024