Kliniki Tibbi Mərkəz daha bir uğurlu əməliyyata imza atdı

Bir ildir ki, qastroezofageal reflüks (Mədə tərkibinin (turşusunun) patoloji şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi) xəstəliyindən əziyyət çəkən vətəndaş Kliniki Tibbi Mərkəzə müraciət edib. Aparılan müayinələrdən sonra xəstə üzərində Laparoskopik Nissen fundoplikasiyası əməliyyatı icra olunub.

KTM-in uzman ümumi cərrahı Elba Aliyev tərəfindən həyata keçirilən əməliyyat, həmçinin cərrah həkim Sənan Məsimov və həkim-rezident Fuad Fərzəliyevin iştirakı ilə uğurla başa çatdırılıb.

Əməliyyatdan sonra sağlamlığına qovuşan vətəndaşın durumu kafidir, kontrol müayinələri davam etdirilir.



24.05.2024