KTM-də daha bir azyaşlı üzərində aparılan əməliyyat uğurla icra olunub

Vətəndaş qızdırma, qarın nahiyəsində kəskin ağrı, qusma şikayətləri ilə Kliniki Tibbi Mərkəzə qəbul edilib.

Uşaq Cərrahiyyəsi şöbəsinə yerləşdirilən xəstə üzərində aparılan müayinələrə əsasən ona kəskin appendisit, peritonit diaqnozları qoyulub və əməliyyat təyin edilib.

KTM-in həkim-uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə keçirilən əməliyyat zamanı xəstədə kor bağırsaq çıxıntısının tamamilə çürümüş, deşilmiş, qarının irinlə dolu olduğu məlum olub.

Daha sonra bağırsaqların bitişməsinin axtarışı zamanı xəstənin nazik bağırsağı üzərində böyük ölçülü Meckel divertikulu aşkarlanıb. Qarında irin olduğuna görə Meckel divertikuluna toxunulmayıb, digər prosedurlar uğurla icra olunub. Ailə məlumatlandırılıb və xəstəyə yenidən əməliyyat olunması məsləhət görülüb.

Əməliyyatdan sonra xəstənin durumunda hansısa narahatlıq aşkarlanmayıb, vəziyyəti yaxşıdır.



04.06.2024