KTM-də gözyaşı kanalı tıxanıqlığı əməliyyatı uğurla icra edildi

Artıq oftalmoloji əməliyyatların da həyata keçirildiyi TƏBİB tabeliyindəki Kliniki Tibbi Mərkəzdə Eksternal DSR əməliyyatı icra edilib.

KTM-in uzman oftalmoloq-cərrahı Gülnar Sultanova tərəfindən həyata keçirilən əməliyyat oftalmoloq həkim Fəridə Bağırova və anestezioloq-reanimatoloq Natiq Allahverdiyevin də iştirakı ilə uğurla icra edilib. Əməliyyatdan sonra xəstədə hansısa narahatlıq müşahidə edilməyib.

Qeyd edək ki, Eksternal DSR gözyaşı kanalı tıxanıqlığı və xroniki dakriosistit diaqnozu qoyulan xəstələrə icra olunan əməliyyatdır.

Uzman oftalmoloq-cərrah Gülnar Sultanova qeyd edir ki, əməliyyat zamanı burun sümüyündən dəlik açılaraq göz yaşı kanalına yeni bir yol açılır. Burundan üst və alt gözyaşı dəliklərindən silikon tüp keçirilərək burunda bağlanılır və əməliyyat sonlandırılır. Əməliyyat ümumi anesteziya ilə icra olunur.



07.06.2024