Dəmir hasarın üstünə aşması nəticəsində ağır xəsarət alan azyaşlı KTM-də həyata qaytarılıb

Dəmir hasarın üstünə çıxarkən yıxılan və hasarın üstünə aşması nəticəsində ağır xəsarət alan azyaşlı TƏBİB tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

4 yaşlı uşaq 15.06.2024-cü il tarixində qarının qapalı travması, qarın boşluğu orqanlarının travması, acı bağırsağın cırılması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra xəstə təcili əməliyyata alınıb.

KTM-in uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə baş tutan əməliyyatda cırılmış bağırsağın tikilməsi, qarın boşluğunun təftişi, drenajı prosedurları icra edilib.

Əməliyyatdan sonra vəziyyəti stabil olan xəstənin həkim nəzarətində stasionar müalicələri davam etdirilib. Səhhətində müsbət dinamika müşahidə edilib.



24.06.2024