KTM-də azyaşlı üzərində uğurlu əməliyyat icra olundu

Beyləqan rayonunda yaşayan 15 yaşlı yeniyetmə qarın nahiyəsində yaranmış ağrılar səbəbilə rayon xəstəxanasına aparılıb, müayinələrdən sonra Kliniki Tibbi Mərkəzə göndərilib. KTM-də Kompüter Tomoqrafiya (KT) müayinəsi zamanı solitar sist olduğu aşkarlanıb.

Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin müşahidəsi ilə həkim-uşaq cərrahları Günay Əmrahlı, Əkrəm Çodarovun iştirakı ilə xəstə üzərində cərrahi əməliyyat başlanılıb. Uğurlu əməliyyatla sist çıxarılıb, dalaq isə saxlanılıb.

Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və Uşaq Cərrahiyyəsi şöbəsində stasionar müalicəsi davam etdirilir.



17.09.24