Zəhərlənmə səbəbilə ağır vəziyyətdə KTM-ə qəbul edilən xəstənin həyatı xilas edilib

02.09.2024-cü il tarixində 29 yaşlı vətəndaş sirkə turşusu zəhərlənməsi səbəbilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.

Xəstəyə ekzotoksiki şok, qida borusu və mədə-bağırsaq qanaxması, həmçinin kəskin böyrək çatışmazlığı diaqnozları qoyulub. Xəstəyə zəruri müalicə prosedurları başladılıb.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov və həkim-toksikoloq Savad Quliyevanın müalicələri nəticəsində xəstənin vəziyyəti stabilləşib, səhhətində müsbət dinamika müşahidə edilib, böyrək funksiyası bərpa olunub. Kreatini norma daxilindədir.

28 günlük stasionar müalicələrdən sonra xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.



01.10.2024