Fosfordan zəhərlənən şəxs KTM-də 10 gün komadan sonra ayılıb

11.09.2024-cü il tarixində 23 yaşlı vətəndaş fosfor üzvi birləşmələrdən (FÜB) zəhərlənmə səbəbilə koma vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.

Xəstəyə kəskin tənəffüs çatışmazlığı, həmçinin ürək-damar çatışmazlığı diaqnozları qoyulub, stasionar şəraitdə zəruri müalicə prosedurları başladılıb.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov və həkim-toksikoloq Savad Quliyevanın zəruri müalicə tədbirləri ilə 10 gün koma vəziyyətində qalan xəstənin səhhətində müsbət dinamika müşahidə edilib.

25 günlük stasionar müalicələrlə pasiyetin vəziyyəti yaxşılaşıb və ambulator müalicə üçü evə buraxılıb. 



04.10.24