Ağır dərəcəli yanıq xəstəsinin həyatı KTM-də xilas edildi

19.09.2024-cü il tarixində 42 yaşlı vətəndaş ağır vəziyyətdə Hacıqabul rayonundan Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Toksikologiya şöbəsinə qəbul edilən xəstəyə toksiki epidermal nekroliz, çox ağır dərəcədə layella sindromu diaqnozları qoyulub.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov və həkim-toksikoloq Savad Quliyevanın apardıqları uzun müddətli müalicələr nəticəsində xəstənin vəziyyəti stabilləşib, dərisi təmizlənib, udması sərbəstləşib.

Stasionar müalicələrdən sonra vəziyyəti kafi olan vətəndaş ambulator müalicə üçün evə buraxılıb.



14.10.2024