“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb
müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər
edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının net məbləğinin bütün məcburi
tutulmalardan sonra 1000 manata çatdırılması nəzərdə tutulur.
İcbari Tibbi Sığorta üzrə Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əhaliyə göstərilən tibbi
xidmətlərin keyfiyyətini daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması
istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirib.“Bu, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına edilən sayca 5-ci dəyişiklikdir. Çalışırıq
tibbi xidməti alan tərəf məmnun olduğu qədər xidməti verən tibb işçiləri də icbari tibbi sığortanın
tətbiqindən razı qalsın. Məqsədimiz tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi
xidmətləri vətəndaşlara əlçatanlığı təmin etməkdir. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə
yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək
təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90% arası dəyişəcək.
Maliyyə imkanları artdıqca çalışacağıq ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına
yenidən baxaraq onların sosial müdafiəsini daha da gücləndirək.