Yenilənən Kliniki Tibbi Mərkəzdə yeni yataq dəstləri
Kliniki Tibbi Mərkəzin yeni yataq dəstlərini sizə təqdim edirik. Artıq bütün şöbə və bölmələrə bu cür yataq dəstləri paylanılıb. İcbari tibbi sığortanın yaratdığı imkanlar hesabına Mərkəzdə sürətli və əlaqəli şəkildə tam yenilənmə davam edir. Təkcə təmir, yeni avadanlıqların alınması, yeni şöbələrin qurulması, tibb personal üçün xüsusi geyim formalarının tətbiqi, yeni həkimlərin, uzmanların cəlb olunması ilə kifayətlənmirik, həm də burada tibbi xidmətlərdən istifadə edən hər bir vətəndaşımızın rahatlığı və təmizliyi üçün bütün yataq dəstlərinin yenilənməsinə xüsusi diqqət ayırılır. Bu məqsədlə Mərkəzin bütün şöbələrinə, bölmələrinə yetəcək və üstəlik ehtiyat üçün də saxlanılacaq sayda yataq dəstləri sifariş verilərək aidiyyəti üzrə paylanılması təmin edilib. Qeyd edək ki, yeni yataq dəstlərindən təkcə Kliniki Tibbi Mərkəzdə deyil, həm də Mərkəzin tabeliyindəki xəstəxanalarda da istifadə olunacaq. Lakin unutmayın ki, ən rahat yataq elə sizin öz yatağınızdır, öz evinizdir. Çalışın sağlam olun!


13.05.2022